Xəbərlər
Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır
Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır.
Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov dekabrın 15-də Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü CEO Lunch zamanı deyib.
O, Azərbaycan hökumətinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və “Caspian Energy Georgia”nın dəstəyi ilə Gürcüstanda “Azərbaycan Ticarət Evi” açmağı planlaşdırdığını və bütün şirkətləri forum çərçivəsində bu məsələ ilə bağlı öz rəy və təkliflərini bildirməyə səsləyib. “Biz bu layihənin uğurlu həyata keçirilməsinin mümkünlüyünü yalnız biznes ilə tərəfdaşlıqda görürük. Səfirlik həm Azərbaycan, həm də Gürcüstanın biznes nümayəndələri ilə dialoqa hər zaman açıqdır”, - deyə səfir vurğulayıb.