Partiya xəbərləri
«700 min ağac əkək» kampaniyası çərçivəsində İsmayıllı rayonunda ağacəkmə aksiyası keçirilib

YAP İsmayıllı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
«700 min ağac əkək» kampaniyası çərçivəsində keçirilən aksiyada rayonun Diyallı bələdiyyəsi ərazisində xeyli sayda ağac əkilib.
Aksiyada YAP İsmayıllı rayon təşkilatının fəalları, gənclər, Diyallı kəndinin sakinləri iştirak ediblər. Aksiya zamanı 5 hektar sahədə 3 mindən çox fındıq tingi əkilib.