Partiya xəbərləri
Zaqatala rayonunda «700 min ağac əkək» kampaniyası çərçivəsində 2500 ədəd fındıq ağacı əkilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə münasibətilə keçirilən «700 min ağac əkək» kampaniyası Zaqatala rayonunda uğurla start götürüb.
YAP Zaqatala rayon təşkilatından verilən məlumata görə, rayonun Meşə Mühafizəsi və Bərpası idarəsi ilə birlikdə “700 min ağac əkək” kampaniyası çərçivəsində aksiya keçirilib. Aksiyada rayon təşkilatının 100-dən çox fəal üzvü iştirak edib.
Qeyd edək ki, Zaqatala rayonunda bu kampaniyanın keçirilməsi məqsədilə 2.5 hektar torpaq sahəsi ayrılıb və həmin ərazidə 2500 ədəd fındıq ağacı əkilərək fındıq bağı salınıb.