YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Uğurlu siyasət nəticəsində daha böyük naliyyətlər əldə edilməkdədir

«Son 14 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan  öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, ölkəmizin iqtisadi inkişaf dinamikası qlobal reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən güclü, ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır.
«Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi isə ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada qeyd edə bilərik ki, Azərbaycanda mütərəqqi  iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Dövlət siyasəti ona yönəlib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Hesab edirəm ki, uğurlu siyasət nəticəsində daha böyük naliyyətlər əldə edilməkdədir»- deyə, deputat qeyd edib.