YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: Azərbaycan iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub

«Azərbaycanın Dünya İqtisadi Forumunun  rəqabət qabiliyyətlilik reytinqində mövqeyinin yaxşılaşması xarici səhmdarların biznes qərarlarına təsir edəcək». Bu fikri iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, Azərbaycanın reytinq qiymətləndirilməsində müsbət dəyişiklik biznes mühitə və səhmdarların biznes gözləntilərinə müsbət təsir edəcək.

Onun sözlərinə görə, ölkədə biznesin inkişafı üçün şərait yaradılıb. Bu baxımdan, Azərbaycanın reytinqdə mövqeyi iqtisadi strukutlara, işgüzar dairələrə və ümumlikdə dünya ictimaiyyətinə müsbət işarə verir.

«Azərbaycanın reytinqdə mövqeyinin yaxşılaşması ölkə rəhbərliyinin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkənin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. Hazırda ölkədə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin gücləndirilməsi üzrə prioritetlərin biri qismində müəyyən edilib»- deyə, nazir müavini vurğulayıb.