YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İşğalçının nə qədər günahı varsa, ona havadarlıq edən dövlətlərin günahı ondan az deyil

«Beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun qətiyyətli olmaması səbəbindən Ermənistanın işğalçı siyasəti hələ də davam edir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki,  BMT, ATƏT və digər müvafiq təşkilatların Ermənistana təsir etmədiyi üçün vaxtaşırı olaraq cəbhə xəttində  vəziyyət gərginləşir. Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarının işğal altında qalmasına dözməyəcək.

«Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan müharibə istəmir, bu konfliktin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq bu günə kimi biz buna nail ola bilmişikmi? Əlbəttə ki, yox. Bunun da səbəbi həmin beynəlxalq qurumların, həmsədr dövlətlərin işğalçı Ermənistana havadarlıq etməsidir. Biri pulla, o biri silahla, digəri siyasi yöndən erməniləri dəstəkləyir. İşğalçının nə qədər günahı varsa, ona havadarlıq edən dövlətlərin günahı ondan heç də az deyil. Ermənistana arxa duranlar olmasa, təbii ki, onlar Azərbaycan Ordusunun qarşısında tap gətirə bilməzlər»- deyə, E.Məmmədov qeyd edib.