YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Əgər ermənilər xoşluqla sülhə gəlməsə, ordumuz torpaqlarımızı azad edəcək

«Ermənistan tərəfi hər gün atəşkəsi pozur. Bu isə vəziyyəti gərginləşdirməyə yönəlib». Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Ermənistan tərəfinin təxribatlarına ordumuz həmişə layiqli cavab verir. Onun sözlərinə görə, əgər ermənilər xoşluqla sülhə gəlməsə, ordumuz torpaqlarımızı azad edəcək.

«Əgər müharibə başlasa, bunun günahkarı işğalçı Ermənistan və ona havadarlıq edənlər olacaq. Eləcə də, bu məsələdə məsuliyyət uzun illərdir 4 qətnaməsini icra etdirməyən BMT-nin üzərinə düşəcək. Necə ola bilər ki, bəzi ölkələrlə bağlı qətnamələr dərhal  icra olundu, amma Dağlıq Qarabağla bağlı qətnamələr icra olunmur? Demək, burada maraqlı tərəflər var. Məhz bu maraqların olması münaqişənin ədalətli həllinə imkan vermir»-deyə, F.Qasımova qeyd edib.