YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlamentdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub

Dekabrın 1-də parlamentin plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi nəzərdən keçirilib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verib.

Bildirilib ki, təqdim edilən dəyişikliklər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun və “Telekommunikasiya haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif olunur. Həmin qanunlardan irəli gələn müddəalara uyğun olaraq İnzibati Xətalar Məcəlləsində İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçotadurma qaydalarının pozulmasına (maddə 370-1) və internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına (maddə 388-1) görə məsuliyyət müəyyən edilir. Həmçinin sonuncu maddədə (388-1) nəzərdə tutulmuş pozuntulara aid işlərin rayon (şəhər) məhkəmələri tərəfindən baxılması məsələsi İnzibati Xətalar Məcəlləsinin 43 maddəsində tənzimlənir.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.