YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini qəbul edib

Mili Məclisin bugün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, sözügedən layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb.

Qanun layihəsinin ikinci oxunuşunun cari ilin may ayında keçirildiyini deyən komitə sədri bildirib ki, müzakirələr zamanı ən çox səslənən fikirlərdən biri siqaret çəkilməsinə görə yerlərin ayrılması olduğu üçün bu nəzərə alınaraq layihədə müəyyən düzəlişlər edilib. Onun sözlərinə görə, yeni variantda siqaret çəkilməsinə görə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına verilib: “Belə ki, təşkilatı-hüquqi formasından asılı olmayaraq, xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq”.

Xatırladaq ki, ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərdən yerin ayrılması nəzərdə tutulurdu.

H.Rəcəbli söyləyib ki, Azərbaycanda 20-44 yaş arası kişilərin 30 faizi, 45-64 yaşında olanların isə 51 faizi siqaret çəkir: "Həmin insanlar hər gün orta hesabla 16 ədəd siqaret çəkirlər. Komitə sədri deyib ki, araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkməyən, lakin tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faiz təşkil edir".

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.