Partiya xəbərləri
Gəncədə "700 min ağac əkək" kampaniyası uğurla davam edir
YAP Gəncə şəhər təşkilatının və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar "700 min ağac əkək" kampaniyasına start verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında YAP Gəncə şəhər təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, şəhərin bütün idarə, müəssisə və təşkilatlatın kollektivləri, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.
Bayram əhval-ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştrakı ilə ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində 2000-dən cox şəhərin landşaftına uyğun ağac əkilib.
Havanın soyuq olmasına baxmayaraq, ağacəkmə kampaniyasında ümummilli liderin müdrik ideyalarına daim sədaqətli olan partiya fəalları xüsusi ilə fərqləniblər. Onlar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Qeyd edək ki, “700 min ağac əkək” kampaniyası mütəmadi olaraq gələn ilin martr ayına qədər davam edəcək, 40 min ağac və bəzək bitkisi əkiləcək.
Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.