YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Neft hasilatının azaldılmasına dair razılaşma vaxtında qəbul edilmiş və məhsuldar qərardır

Xəbər verildiyi kimi, Avstriyanın paytaxtı Vyana şəhərində OPEC+ ölkələrinin nazirlərinin 3-cü iclası keçiriləcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasla bağlı fikirlərini bildirib.

Nazir deyib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə iştirak etdiyi görüşdə dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ölkəmizin mövqeyini təmsil edəcək. Qeyd edib ki, neft hasilatının azaldılması haqqında razılaşmanın əldə olunmasından artıq bir il keçib. 2016-cı il noyabrın 30-da OPEC ölkələri arasında əldə edilən razılaşmaya həmin ilin dekabr ayında bir qrup qeyri-OPEC ölkəsi də qoşulub. “Bir il ərzində aparılan müşahidələr və əldə olunan nəticələr nümayiş etdirir ki, hasilatın azaldılmasına dair razılaşma çox vaxtında qəbul edilmiş və məhsuldar bir qərar olub”, - deyə P.Şahbazov vurğulayıb.

Azərbaycanın energetika naziri qeyd edib ki, bu gün də hasilatın azaldılmasına dair razılaşmanın nəticələrinin dünya bazarlarına təsirini görmək mümkündür. Ötən dövr ərzində dünya bazarlarında xam neftin qiyməti müəyyən yüksəlişə nail olub və bu meyil davam etməkdədir. Eyni zamanda, “qara qızıl”ın satış qiyməti də sabitləşib və dünya bazarlarında rezervlər yarıyadək azalıb. Bütün bunlar mühüm göstəricilərdir ki, bu razılaşma gələcəkdə də davam etdirilsin.

Nazir, həmçinin deyib ki, həmin mövqe, eyni zamanda, bu gün keçiriləcək OPEC+ görüşündə iştirak edən bir çox ölkələrin mövqeyi ilə üst-üstə düşür və yaxın gələcəkdə bu təşəbbüsə yeni dövlətlərin də qoşulması ehtimalı böyükdür. Bu razılaşmaya qoşulan dövlətlərin sayı nə qədər çox olarsa, həmin razılaşmanın səmərəsi və məhsuldarlığı bir o qədər yüksək olacaqdır.

Azərbaycanın mövqeyinə toxunan energetika naziri qeyd edib ki, görüşdə ümumi fikir əldə olunduğu təqdirdə ölkəmiz də bu prosesi dəstəkləyəcək.

 

DİGƏR Xəbərlər Arxiv