Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina bu ölkənin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.”