YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Arslan: Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə Avrasiya üçün mühüm əhəmiyyətə malik layihələr reallaşdırır

Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə təkcə bizim region üçün deyil, Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edən layihələr reallaşdırır. Həmin layihələr bu gün Tbilisidə keçirilən İpək yolu konfransında da müzakirə olunur.

Bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan səsləndirib.

“Bizim birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars və TANAP layihələri dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Bizim bu layihələrimiz təkcə nəqliyyat, enerji təhlükəsizliyi sahəsində deyil, xalqlarımızın rifah halının yaxşılaşdırılması, mədəni dəyərlərin inkişafı baxımından da çox faydalıdır”, – deyə türkiyəli nazir qeyd edib.

Əhməd Arslanın sözlərinə görə, artıq bütün dünya Azərbaycan, Türkiyə və Gürcüstanın reallaşdırdığı layihələrin faydasını görür. Bugünkü müzakirələr bunu bir daha təsdiqlədi.

Nazir konfransda iştirak edən bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirdikləri görüşlər barədə də məlumat verərək deyib ki, müzakirələr zamanı onlar Türkiyə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələri dəstəklədiklərini və bu layihələrə qoşulmaq niyyətlərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv