YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Ermənistan Türkiyənin barışıq cəhdlərini dəyərləndirə bilmir

Anadolu Xəbər Agentliyinə müsahibə verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı qeyri-konstruktiv mövqe tutduğuna görə ittiham edib. Xarici işlər naziri bildirib ki, Ermənistan, erməni diaspor təşkilatları və bir sıra xarici qüvvələr uydurma “erməni soyqırımı” mövzusunu gündəmdə saxlamaqdadırlar. Türkiyənin barışıq cəhdlərinə baxmayaraq, Ermənistan 1915-ci il hadisələrinin yüzüncü ildünümünə ciddi hazırlaşır. Türkiyənin qarşılıqlı münasibətlərin qurulması cəhdlərini Ermənistanın lazımınca dəyərləndirmədiyini diqqətə çatdıran nazir bildirib ki, saxta “erməni soyqırımı” ilə bağlı qarşı tərəfin hərəkətləri diqqətlə izlənilir və onların addımlarına uyğun qərarlar qəbul olunur. “Tarixi proseslər bir tərəfin əsasız iddiaları ilə çözülə bilməz”, - deyən nazir bildirib ki, Ermənistan tərəfinin iddiaları əsasızdır və Türkiyə heç zaman saxta iddialarla barışmayacaqdır.