Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti İlir Metaya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya Albaniya Respublikasının milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.”