Xəbərlər
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının iqtisadi və ticarət əməkdaşlığı üzrə daimi komitəsinin (COMCEC) 33-cü iclası çərçivəsində İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb.
Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Həmid Opeleyori imzalayıblar.