Xəbərlər
Səfir Vladimir Doroxin: Rusiyanın demək olar ki, bütün regionlarının Azərbaycanla ticarət əlaqəsi var

Rusiyanın təqribən 80 regionu bu və ya digər dərəcədə Azərbaycanla ticarət əlaqələrinə malikdir.
Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə RF-nin Bakıdakı səfiri Vladimir Doroxin deyib.
Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın təkcə ölkə səviyyəsində deyil, həm də regional səviyyədə əməkdaşlıq etdiyi yeganə ölkədir.