YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Economist” jurnalı: Dağlıq Qarabağ qanuni olaraq Azərbaycanın ərazisidir

Böyük Britaniyanın “The Economist” jurnalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən yazı yerləşdirilib.

Yazıda münaqişənin tarixindən bəhs edilir, hazırkı vəziyyəti təhlil olunur. Beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi sayılan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edildiyi bildirilir.

Qeyd edilir ki, beynəlxalq ictimaiyyət Ukrayna hadisələrində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə də eyni ciddiliyi göstərməli, Ermənistana sanksiyalar tətbiq olunmalıdır.