Xəbərlər
Arif Rəhimzadə: 2018-ci ilin dövlət büdcəsinin əsas üstünlüyü sosial yönümlü olmasıdır
«2018-ci ilin dövlət büdcəsi sosial yönümlüdür». Bu fikri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
A.Rəhimzadə bildirib ki, sosialyönümlülük gələn ilin büdcəsində əsas faktordur. Onun sözlərinə görə, müəyyən infrastruktur layihələri üçün də nəzərdə tutulan vəsait əhəmiyyətlidir.
«Gələn ilin dövlət büdcəsində sosial məsələlər diqqət mərkəzində saxlanır. Bu, çox əhəmiyyətlidir. Bununla yanaşı bir sıra sahələr üzrə də artım müşahidə edilir. Hazırda qeyri-neft sektoru inkişaf edir, yeni müəssisələr yaradılır və insanlar üçün iş yerləri açılılır. Bütün bunlar çox vacibdir. Ümumilikdə, bu məsələlərin yerlərdə həll olunması sosial-iqtisadi inkişafımıza daha da təkan verir»- deyə, komitə sədri vurğulayıb.
Kənd təsərrüfatı haqında danışırıq. Qars haqında. Onlar iqtisadiyyatımıza böyük bəhrə gətirəcək. Sosial məsələlər, iş yerləri yaradılır. Pambıqçılıq əhaliyə kömək oldu, iş yerləri açıldı. Konstitusiyada yazıldığı kimi yerli idarəetmə məsələyə diqqət yetirilməlidir. Yerlərdə həll olunmalıdır.