Xəbərlər
Nizami Cəfərov: İslam həmrəyliyi ideyası günümüzün aktual məsələsidir
«İslam həmrəyliyi ideyası günümüzün aktual məsələsidir. Bu ideya heç bir halda başqa mədəniyyətlərə qarşı yönəlməyib». Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, burada əsas məqsəd müsəlman ölkələrində daxili sabitlik zəminində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu da təkcə İslam dünyasında deyil, bütün dünyada sülhün və rifahın təmin olunmasına böyük töhfə verə bilər.
«Son zamanlar dünyada baş verən faciəvi hadisələr dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verir. Törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Bütün bunlar İslam həmrəyliyi ideyasını daha da aktuallaşdırır»- deyə, akademik vurğulayıb.