Xəbərlər
Azərbaycanın xarici işlər naziri İsveçdə səfərdədir
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iki günlük səfər çərçivəsində Elmar Məmmədyarovun İsveçin xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub.
Xatırladaq ki, ötən il fevralın 10-da İsveçin xarici işlər naziri Marqot Vallström Azərbaycana səfər edib.