YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən siyahısı təsdiq edilən xammal və materiallara yandırılmış pirit, alüminium filizləri və konsentratları, alüminium oksidi, süni korunddan fərqli, dəmir filizinin birbaşa reduksiya məhsulları, dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış), qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri, sobalarda istifadə olunan elektrodlar – digərləri, elektroliz qurğuları üçün elektrodlar daxildir.