Xəbərlər
Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası ilə dövlət sərhədində təxribat törədib
Noyabrın 2-də saat 12.30 radələrində Azərbaycan Respublikasının Tovuz rayonunun Qaralar kəndi Ermənistan silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.