YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Gənclərin məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət göstərilir

«Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilib». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradılıb, sahibkarlıq fəaliyyəti daha da genişlənib. Onun sözlərinə görə, gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğı göstərilir.

«Bu baxımdan, biznes inkubatorlar gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və digər sənədlərdə ölkədə biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi öz əksini tapıb. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Biznes inkubatorlarda treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsi, davamlı olaraq məsləhət xidmətlərinin göstərilməsi və s. tədbirlər biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında əhəmiyyətli rol oynayır və bu işlər hazırda da davam etdirilir»- deyə, nazir müavini vurğulayıb.