YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AÇG- dən dünya bazarına 459 milyon ton Azərbaycan nefti çıxarılıb

AÇG- dən dünya bazarına 459 milyon ton Azərbaycan nefti çıxarılıb.

Oktyabrın 1-dək dünya bazarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsindən çıxarılan və Azərbaycanın payına düşən 246 milyon ton mənfəət nefti satılıb.

Bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov noyabrın 1-də Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki konfrans və sərgisində deyib.

"İşlənmənin əvvəlindən indiyədək "AÇG"dən 438 milyon ton neft və 138 milyard kubmetr təbii qaz hasil edilib. Eyni zamanda, dünya bazarına 459 milyon ton Azərbaycan nefti çıxarılıb və bunun 342 milyonu tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.