Xəbərlər
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir

«İşğalçı Ermənistanın rəhbəri Serj Sarkisyan görüşlər zamanı özünün əsl simasını göstərir». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Sarkisyanın məqsədi münaqişənin həllini mümkün qədər uzatmaqdır. Onun sözlərinə görə, əgər erməni tərəfi status-kvonu saxlamağa çalışmaqda davam etsə, Azərbaycanın gücü ilə qarşılaşacaq.
«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Zaman da rəsmi Bakının xeyrinə işləyir. Hesab edirəm ki, torpaqlarımızı sülh yolu ilə azad etməyə razı olmayan Sarkisyan hakimiyyəti sabah danışıqlar masasında tamam başqa mənzərə ilə qarşılaşacaq»- deyə, deputat qeyd edib.