Xəbərlər
Polşanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
Polşanın xarici işlər naziri Vitold Vaşçikovski oktyabrın 18-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nazir Vitold Vaşçikovskinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər ilə görüşləri nəzərdə tutulub.
Elmar Məmmədyarovla görüşdən sonra Xarici İşlər Nazirliyində mətbuat konfransı keçiriləcək.