Xəbərlər
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
Oktyabrın 17-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüşdə iştirak etmək üçün oktyabrın 16-da Tbilisiyə səfərə yola düşüb.