Xəbərlər
Vüsal Qasımlı: Doqquz ayda Azərbaycandan qeyri-neft ixracı 1 milyard 69 milyon dollar təşkil edib
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan Respublikasından qeyri-neft ixracı 1 milyard 69 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artım deməkdir. Qeyri-neft ixracının sürətlə artması ölkədə aparılan əhatəli iqtisadi islahatların birbaşa nəticəsidir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Doqquz ayda 1582 şirkət bilavasitə qeyri-neft ixracına cəlb edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə daha çox şirkətlərin ixrac həcmini artırmasıdır. İxracda sənaye məhsulları, o cümlədən polad, alüminium, polietilen, plastik məmulatlardan hazırlamış məhsullar, eyni zamanda, kənd təsərrüfatı məhsulları ilk onluqdadır. Bu müddətdə ölkədən ixrac olunan pomidorun ümumi dəyəri 128 milyon ABŞ dollarından çoxdur.