Xəbərlər
MM-in deputatı: Ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atılır
«Ölkəmizin iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamaqdadır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, hazırda dövlətin iqtisadi siyasətinin əsas məqsədlərindən biri dünya iqtisadiyyatında baş verən mənfi iqtisadi proseslərin təsirin qarşısını almaqdır. Onun sözlərinə görə, belə bir şəraitdə ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.
«Həyata keçirilən tədbirlər Azərbaycanın bu hədəfə doğru uğurla getdiyini göstərir. Bildiyiniz kimi 2016-cı ildən ölkəmizdə islahatların yeni mərhələsi başlayıb. Bu islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edir. Bu islahatların uğurla reallaşmasına keçirilməsinə ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır. Şübhəsiz ki, hazırda həyəta keçirilən qətiyyətli tədbirlər, islahatlar pesrpektivdə əhəmiyyətli nəticələr verəcək»- deyə, İ.Məmmədov qeyd edib.