Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Əminəm ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.”