Xəbərlər
Prezident İlham Əliyev “Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb
Prezident İlham Əliyev oktyabrın 3-də “Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.