Xəbərlər
Məlahət İbrahimqızı: Ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır
«Ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır». Bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bu uğurlara Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi sayəsində nail olunub. Onun sözlərinə görə, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq.
«Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyi məsələlərini daim diqqət mərkəzində saxlayırlar. Ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir, kişi və qadınlar arasında hüquq bərabərliyi prinsipi qorunur. Bu gün qadınlar ailədə, təhsildə, səhiyyədə, mədəniyyətdə, dövlət idarəçiliyində, qanun və qərarların qəbulunda, hətta idman hərəkatında yüksək nailiyyətlər qazanırlar»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.