Xəbərlər
Şahin İsmayılov: Həyata keçirilən dövlət proqramlarından minlərlə Azərbaycan gənci yararlanıb
«İndiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunmuşdur. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yardıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhvə verməklə çox geniş spektrı əhatə etmişdir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, ötən proqramların nəticəsi kimi biz Gənclər Fondunun yaradılmasını, Virtual Qarabağ İKT mərkəzinin fəaliyyətə başlamasını, Gənclər Evləri şəbəkəsinin regionlarda və paytaxtda işə düşməsini, Azərbaycan Tələbə Kartınının ərsəyə gəlməsini, Azərbaycan Gənclər Paytaxtının təsis olunması və s. göstərə bilərik.
«Belə misallar yüzlərlədir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanmışdır. Proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yaranmış və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən gəncliyimizin inkişafına bu gün də töhvə verməkdədirlər»- deyə, deputat qeyd edib.