YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Sahibkarlığın inkişafında əlçatan malliyyə mənbələri xüsusi rol oynayır

«Azərbaycanda sahibkarlığın inkişafı hər zaman dövlət başçısının diqqətində olub. Sahibkarığa dəstək məqsədilə çoxsaylı proqramlar qəbul olunmuşdur. Eyni zamanda sahibkarlıq sahəsində inzibatl yoxlamalara son qoyulması sahibkarlığın inkişafına yeni bir nəfəs vermişdir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, son illərdə sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilmişdir. Onun sözlərinə görə, hazırda ÜDM-də özəl sektorun payı 80%-dən çoxdur.

«Eyni zamanda, ölkədə qeyri-neft innovativ iqtisadi modelin qurulması istiqamətində qətiyyətli addımlar atılır, dünya təcrübəsi öyrənilir. Təcrübə göstərir ki, sahibkarlığın inkişafında əlçatan malliyyə mənbələri xüsusi rol oynayır. İqtisadi islahatların sürətlə aparılması iqtisadi subyektlər arasında da olan münasibətləri tənzimləmək və bu prosesə dövlət dəstəyi vermək zərurəti yaratmışdır. Çünki, sürətli maliyyə mənbələrinə çıxış üçün sahibkar və banklar arasında kreditlərin zamanətliliyinin təmin olunmasında müəyyən çətinliklər müşahidə olunmaqdadır. Bu çətinliklərin aradan qaldırılması, dövlətin bu dəfə də sahibkarın yanında olaraq ona zəmanət verməsi və sahibkarın maliyyə xərclərinə subsidiya verməsi Azərbaycan Prezidentinin sahibkarlığa dəstək yönümündə iqtisadi siyasətində yeni, daha innovativ metodlardan istifadə ediləcəyini göstərir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanı ilə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılması böyük əhəmiyyət kəsb edir»- deyə, komitə üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv