Xəbərlər
Bakıda “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilir
Sentyabrın 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” adlı konfrans işə başlayıb.
Tədbirdə DQİDK-nın, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşları, Yeni Azərbaycan Partiyasının (YAP) fəal gəncləri, eləcə də dini icmaların nümayəndələri iştirak edirlər.
Konfransda Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyəti, İslam ümmətində birliyin təbliği və təşviqi, dini radikalizmə qarşı İslam həmrəyliyi, eləcə də bu sahədə görülən tədbirlərin səmərəliliyinin artırılması barədə müzakirələr aparılıb.