YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT Təmas qrupu BMT-də Ermənistanın Azərbaycana təcavüzünü müzakirə edəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

Trend bu barədə təşkilatın saytına istinadən məlumat verir.

Müzakirələr sentyabrın 19-u BMT-də keçiriləcək.

İƏT Təmas qrupunun Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı birinci iclası BMT-nin 72-ci Baş Assambleyasında ümumi debatlar zamanı xarici işlər nazirləri səviyyəsində ayrıca bir tədbir kimi keçiriləcək.