Xəbərlər
Müdafiə Nazirliyi: Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.