Xəbərlər
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona, Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm”.