Xəbərlər
MM-in deputatı: Sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin dezinformasiyasıdır
«Türkiyə-Ermənistan sərhədlərinin açılması iləbağlı gündəmdə heç bir məsələ yoxdur». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin yaydığı dezinformasiyalardır.
«Ermənistanla sərhədlərin açılması Türkiyənin nəyinə lazımdır? Düşünürəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözünün sahibidir. Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sərhədləri açası deyil. Nə dəyişib ki, Türkiyə öz sözündən dönsün? Türkiyənin buna nə ehtiyacı var? Heç bir ehtiyacı yoxdur. Ona görə də, narahtlıq üçün heç bir səbəb görmürəm»- deyə, deputat qeyd edib.