YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankı "Şimal-Cənub" layihəsi üçün kreditin məbləğini iki dəfə artırdı

Asiya İnkişaf Bankı (AİB) "Şimal-Cənub" dəmiryolu dəhlizi layihəsi, eləcə də Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün kreditin məbləğini artırıb.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 200 milyon dollardan 400 milyon dollara qədər artırılıb.

Məlumatda həmçinin qeyd olunur ki, lazımi informasiya toplamaq üçün avqustun 1-11-də Azərbaycana səfər etməli olan AİB missiyası 28 avqust-8 sentyabr tarixlərində ölkəyə səfərə gələcək.

Kreditin təsdiq olunması ilə bağlı tarix hələ dəqiqləşməyib.

DİGƏR Xəbərlər Arxiv