Xəbərlər
“Dəniz kuboku - 2017” müsabiqəsinin növbəti mərhələsinə “MiQ-29” təyyarələri cəlb olunacaq
Avqustun 3-də “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqənin bu mərhələsinə Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd “MiQ-29” təyyarəsi cəlb olunacaq.