YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Ulu öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin qorunması və inkişafı üçün əvəzedilməz xidmət göstərib

«Ulu öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin qorunması və inkişafı   üçün əvəzedilməz xidmət göstərib». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əlyieva bildirib ki, hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini hər bir istiqamət üzrə böyük uğurla davam etdirir. Onun sözlərinə görə, hər bir azərbaycanlının Prezidenti olan cənab  İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir.

«Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2007-ci ildə isə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" sərəncamlar imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi. Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq. Müstəqil siysətimiz olduğu kimi müstəqil ana dilimiz də  var və dövlət dili olaraq Azərbaycan dilinin qorunması üçün atılan bütün  addımlar çox əhəmiyyətlidir»- deyə, J.Əliyeva vurğulayıb.