Xəbərlər
MM-in komitə sədri: Yeni aqroparkların yaradılması ölkəmizin ixrac potensialımızı əhəmiyyətli dərəcədə artıracaq
«Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu günə qədər dövlətin təşəbbüsü və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, hazırda 38 böyük aqropark yaradılır. Onun sözlərinə görə, 38 aqroparkın yaradılması ölkəmizin ixrac potensialımızı əhəmiyyətli dərəcədə artıracaq.
«Bu ilin birinci yarısında qeyri-neft sektoru məhsullarının ixracı 27 faiz artıb. Bu məhsullar sırasında kənd təsərrüfatı məhsulları da üstünlük təşkil edir. Amma vəzifəmiz bununla bitmir. Çünki qarşıya vəzifələr qoyulub ki, bu sahədə daha böyük nəticələr əldə olunsun. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev pambıqçılıq, taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, fındıqçılıq, zeytunçuluq və digər ixrac potensialı yüksək olan məhsulların istehsalının daha da artırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. İnanırıq ki, yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli dərəcədə yüksək nəticələr əldə olunacaq»- deyə, komitə sədri qeyd edib.