YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Həm iqtisadi inkişaf, həm də ictimai-siyasi sabitlik nöqteyi-nəzərindən Azərbaycan digər ölkələr üçün nümunə ola bilər

«Nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsini o dövlətə etibar edir ki, həmin dövlət bir sıra tələblərə cavab versin. Bu tələblər sırasına ölkənin normal iqtisadi inkişaf tempinə malik olması, dövlət daxilində ictimai-siyasi sabitlik hökm sürməsi, yerli qanunvericiliyin beynəlxalq qanunvericiliyə zidd olmaması və digər vacib amillər daxildir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan bu baxımdan bütün tələblərə cavab verir. Onun sözlərinə görə, həm iqtisadi inkişaf, həm də ictimai-siyasi sabitlik nöqteyi-nəzərindən Azərbaycan digər ölkələr üçün nümunə ola bilər.

«Ümumiyyətlə, son illər Azərbaycan dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edir. Bu fakt bir daha Azərbaycanın dünyada böyük nüfuza malik olduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların dünya miyqasında etirafıdır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.