Xəbərlər
Elmar Məmmədyarov: Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından daim boyun qaçıra bilməz
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici siyasət idarəsinin başçısı Peter Siyatro ilə birgə mətbuat konfransında əsasən “Cənub Qaz Dəhlizi” layihəsində Macarıstanın iştirakı ətrafında gedən danışıqların gedişindən danışıb. Nazir Ermənistanla danışıqlar prosesində mümkün irəliləyiş barədə AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavabında təəssüflə bildirib ki, ermənistanlı həmkarı Edvard Nalbandyanla Brüsseldə baş tutan görüşündə Ermənistanın substantiv danışıqlar məcrasına keçəcəyi barədə onun tərəfindən heç bir işarə görməyib.
E.Məmmədyarov deyib: “Bununla belə, status-kvo həmişə davam edə bilməz, bunu vasitəçilər də dəfələrlə bəyan ediblər. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından boyun qaçırmaqla, əraziləri daim işğal altında saxlaya bilməz”.