Xəbərlər
Prezident İlham Əliyev “Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/21d64af76dc5828d7c5289b93db900df.jpg&w=360)
Prezident İlham Əliyev iyulun 24-də “Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən iyirmi dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zirə-Türkan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin üç milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.