Xəbərlər
İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin görüşü İstanbulda baş tutacaq. Bu barədə Trend-ə İƏT-dən məlumat verilib.
Görüşün avqustun əvvəlinə planlaşdırıldığı qeyd edilib.
İƏT-dən daha sonra qeyd edilib ki, XİN rəhbərlərinin görüşü zamanı Qüdsdə israillilər və fələstinlilər arasındakı son toqquşmalar müzakirə ediləcək.