YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov XI Yay Enerji Məktəbinin bağlanış mərasimində iştirak edib

Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 9-21-də ADA Universiteti tərəfindən təşkil olunan XI Yay Enerji Məktəbinin bağlanış mərasimində çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycanın neft tarixindən və uğurlu enerji diplomatiyasından söz açıb, bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TANAP/TAP layihələrini xüsusi qeyd edib. Nazir, həmçinin Xəzərin hüquqi statusu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ətraf mühitin qorunması sahəsində beynəlxalq proseslər və digər məsələlər barədə sualları cavablandırıb.

Sonda yay məktəbinin məzunlarına sertifikatlar təqdim olunub.

XI Yay Enerji Məktəbinin builki iştirakçıları sırasında Azərbaycan, Macarıstan, Kolumbiya, Rusiya, ABŞ, İspaniya, Meksika, Malayziya, Çexiya və İsraildən nümayəndələr olub.

DİGƏR Xəbərlər Arxiv