Xəbərlər
Fuad Muradov: Uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını gücləndirib
«Uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını gücləndirib». Bu fikri AVRONEST PA-nın Enereji təhlükəsizliyi komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov deyib.
F.Muradov bildirib ki, bu mənada Avropa məkanı ilə Azərbaycan arasında da əməkdaşlıq yüksələn xətlə davam etdirilir. Onun sözlərinə görə, bu gün ölkəmiz artıq aparıcı enerji layihələrinin təşəbbüskarıdır.
«Ölkəmizin coğrafi mövqeyini nəzərə alaraq bir çox iri şəhərlərdə sənaye obyektlərinin inşa edildiyini müşahidə edirik. Eyni zamanda, texnoparkların yaradılması da qarşıya qoyulan məqsədlərdəndir”. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi daha təhlükəsiz və təminatlı gələcəyə aparacaq»- deyə, deputat qeyd edib.